Çinin valyuta ehtiyatları bu ilin dekabrın 1-nə ilin əvvəli ilə müqayisədə 0,7% artaraq 3,096 trln dolları olub.
Bu barədə Çin dövlət valyuta idarəsi bildirib.
“Noyabr ayında Çinin valyuta bazarında tələb-təklif balanslaşdırılmış, bazar gözləntiləri isə sabit idi”, – deyə, Çin dövlət valyuta idarəsi sözçüsü Vang Çunyingın açıqlamasında bildirib.
O qeyd edib ki, qlobal iqtisadi böyümənin yavaşladığı, çox sayda qeyri-sabit və qeyri-müəyyənliyin olduğu xarici mühitdə Çin iqtisadiyyatının inkişafı üçün böyük potensial olduğunu qeyd edib.
©Report