9 C
Baku
Friday, December 13, 2024

Çinin valyuta ehtiyatları azalıb

2018-ci ilin oktyabrında Çinin valyuta ehtiyatları əvvəlki aylara nisbətdə 1,1 faiz – 33,9 milyard dollar azalıb.

Banker.az Azvisiona istinadla xəbər verir ki, Çin Xalq Bankının sənədlərində qeyd olunan göstəricilərdə ölkənin valyuta ehtiyatları 2017-ci ilin aprelindəki 3 trilyon 53 milyardlıq minimal həddə yaxınlaşıb.

Belə ki, cari ilin sentyabrında Çinin valyuta ehtiyatları azalaraq 3 trilyon 87 milyard təşkil edib. Oktyabrdakı 1,1 faizlik azalma nəticəsində isə bu rəqəm 3 trilyon 54 milyarda düşüb. Ekspertlər isə Çinin valyuta ehtiyatlarının 3 trilyon 58 milyarda düşəcəyini proqnozlaşdırırdılar.

Bununla belə, Çinin qızıl ehtiyatlarında artım baş verib – sentyabr ayındakı 70,3 milyardlıq qızıl rezervləri oktyabrda 72 milyarda çatıb.

Son xəbərlər
Digər xəbərlər