5 C
Baku
Saturday, December 14, 2024

Çinin valyuta ehtiyatları yanvarda 28,5 mlrd. dollar azalıb

Dünyanın ən böyük valyuta ehtiyatlarına malik olan Çinin valyuta ehtiyatları yanvarda 28,53 mlrd. ABŞ dolları azalaraq 3,222 trln. dollara düşüb.

Bu barədə Çin Xalq Bankının açıqlamasında deyilir.

Beləliklə, Çinin valyuta ehtiyatları dekabr ayında qeydə alınan 3,250 trln. dollarlıq son altı ilin rekord səviyyəsindən aşağı düşüb.

Azalma son dörd ayda ilk dəfə baş verib və ABŞ dollarının artımı və digər valyutalarda ifadə olunan qlobal aktivlərin dəyərinin azalması ilə əlaqədar olub. Yuan keçən ay ABŞ dolları qarşısında 0,1% dəyər itirib, dollar isə əsas valyutalar səbətinə qarşı 1%-dən çox möhkəmlənib.

Çinin qızıl ehtiyatları yanvarda dəyər ifadəsində bir ay əvvəlki 113,13 mlrd. dollardan 112,46 mlrd. dollara qədər azalıb. Bununla belə, ehtiyatların həcmi 62,64 mln. unsiya səviyyəsində qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər