Bu ilin aprel ayında Çinin valyuta ehtiyatları 68 milyard ABŞ dolları və ya 2,1 % azalaraq 3,12 trilyon ABŞ dollara enib.
Bununla da, valyuta ehtiyatlarında son 5 ilin ən yüksək azalması qeydə alınıb.
Qeyd edək ki, qlobal mərkəzi bankların əksinə, Çin Mərkəzi Bankı zəif pul siyasəti çərçivəsini izləyir.
“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar, Çinin valyuta ehtiyatlarını apreldə 3,13 trilyon ABŞ dolları geriləyəcəyini gözləyirdilər. Belə ki, mart ayının sonuna ölkənin valyuta ehtiyatları 3,19 trilyon ABŞ dolları təşkil edib.
Aprel ayında Çinin milli valyutası – yuan dollar qarşısında 4 % ucuzlaşıb.