9 C
Baku
Friday, December 13, 2024

Çinin “veypinq kraliçası” sərvətinin yarısını itirdi

Çinin ən varlı qadınlarından biri, “veypinq kraliçası” kimi tanınan Çu Lam Yunun sərvəti bir gündə yarıdan çox – 5.5 milyard dollara azalaraq 2.6 milyard dollara düşüb.

Banker.az xəbər verir ki, bunun səbəbi ona məxsus olan “Huabao International Holdings” tütün şirkətinin səhmlərinin ucuzlaşması olub. Çu Lam Yu şirkətini hələ 1990-cı illərdə təsis edib, 10 il sonra isə birjaya çıxarıb.

Honkonq birjasının məlumatına əsasən, “Huabao International Holdings” səhmləri yanvarın 24-ü 66.53% ucuzlaşıb. Qiymət 14.52 (Honkonq dollarından 1.87 ABŞ dolları) 4.86 Honkonq dollarına (0.62 ABŞ dolları) düşüb.

Daha əvvəl Çu Lam Yu intizam pozuntuları ilə bağlı şübhəli bilinib. O, Leyan Şəhər Nəzarət Komissiyası tərəfindən araşdırılıb. Şirkət özü təsisçisinin şübhəli olduğu pozuntuları açıqlamayıb. Mətbuat xidməti şirkətin fəaliyyətinin adi qaydada davam etdiyinə aydınlıq gətirib. Cu Lam Yu “Huabao International Holdings”in təxminən 71%-nə sahibdir.

Sahibkar xanım tütün biznesini 1996-cı ildə qurub, 2006-cı ildə isə birjaya çıxıb. 2021-ci ilin noyabrında, “Huabao” zirvədə olanda, Çu Lam Yunun 8 milyard dollar sərvəti olub.

Bu hadisədən qabaq Çin hökuməti “Viya” strimmerini rekord 210 milyon dollar məbləğində cərimə edib. Blogger 2019-cu ildən 2020-ci ilə qədər vergi ödəməməkdə təqsirli bilinib. “Viya” – Çinin ən uğurlu inflüyerslərindən biridir, hansıki müxtəlif malların istifadəsi ilə bağlı öz təcrübəsini bölüşür.

Son xəbərlər
Digər xəbərlər