19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Çinin xarici işlər naziri Avropaya səfər edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Çin xarici işlər naziri Vanq Yi avqustun 25-dən sentyabrın 1-dək Avropa İttifaqının (Aİ) beş üzv ölkəsinə səfər edəcək.

“Report” xarici KİV- xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ənənəvi mətbuat konfransında bildirib.

O deyib: “Vanq Yi İtaliya, Niderland, Norveç, Fransa, Almaniya xarici işlər nazirlərinin dəvəti ilə bu ölkələrə rəsmi səfər edəcək. Bu, yeni koronavirus pandemiyası başlayandan etibarən Çin xarici işlər nazirinin Avropaya ilk səfəridir”.

Pandemiyanın qarşısını almaqla bağlı səmərəli tədbirlər görmək üçün Aİ ölkələri ilə daim yüksək səviyyədə təmaslarda olduqlarını diqqətə çatdıran Çin rəsmisi son aylar ərzində Avropa ölkələri ilə əhatəli strateji əməkdaşlıq əlaqələrinin daha da məzmunlu olduğunu vurğulayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər