Bu ilin avqust ayında böyük ticarət tərəfdaşlarının tədricən iqtisadiyyatlarını açması ilə Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artıb.
Bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkənin idxalı 0,5% azalıb və nəticədə Çinin ticarət profisiti 416,6 milyard yuan (61 milyard ABŞ dolları) təşkil edib.
Qeyd edək ki, iqtisadçılar ixracatın 1,24%, idxalın 6,1% artacağını gözləyirdi.