Ukraynadakı hazırkı böhranın əsas səbəblərindən biri Avropada mövcud təhlükəsizlik mexanizmlərindəki balanssizlıqdır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bunu cümə axşamı axşam saatlarında Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn ilə telefon danışığında Çin Xalq Respublikasının xarici işlər naziri, Dövlət Şurasının üzvü Van Yi deyib.
O, həmçinin qeyd edib ki, bütün tərəflər Rusiya və Ukrayna arasında sülh danışıqlarını təşviq etməli və bunun üçün lazımi şərait yaratmalıdır.
“Siz atəşkəs və hərbi əməliyyatlara çağıra, eyni zamanda davamlı olaraq çox sayda silah və texnika tədarük edə bilməzsiniz. Bu, hərbi əməliyyatların genişlənməsinə səbəb olur”, – deyə Van Yi əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-ündə Ukraynada müharibəyə başlayıb. O, məqsədinin ölkənin demilitarizasiyası və dünasifikasiyası olduğunu deyir.