14 C
Baku
Tuesday, November 4, 2025

Çinin “XPeng” şirkəti uçan modullu avtomobillərin istehsalına başlayıb

Çinin “XPeng Arridge” şirkəti (əvvəlki adı “AeroHT” olub) uçan modulla təchiz edilmiş avtomobilləri sınaq istehsalına başlayıb. Bu barədə şirkətin bəyanatında deyilir.

Quançjou şəhərində yerləşən zavodun sahəsi 120 000 kvadratmetrdir. Müəssisənin illik istehsal gücü 10 000 uçan modula qədər nəzərdə tutulub. İlkin mərhələdə istehsal həcmi 5 000 ədəd səviyyəsində müəyyən edilib. Zavod tam gücü ilə işlədiyi halda, bir aparatın istehsalı 30 dəqiqə çəkəcək.

Qeyd olunur ki, artıq ilk nəqliyyat vasitəsi konveyerdən çıxıb. “Land Aircraft Carrier” adlı uçan avtomobillərinin kütləvi istehsalı və tədarükü 2026-cı ilə planlaşdırılıb.

“XPeng”in baş direktoru He Syaopen mart ayında bildirmişdi ki, şirkət 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalını başlaya bilər. Bu planlar ÇXR hökumətinin dəstək tədbirləri əsasında qurulub. Çin Xalq Respublikasının cari ilin iqtisadi və sosial inkişaf planına əsasən, hökumət aşağı hündürlüklü uçuş aparatlarının tətbiq sahələrini genişləndirməyi nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər