Çinin yeni xarici işlər naziri Van İ Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz tviter hesabında məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə və Çinin xarici işlər nazirləri Hakan Fidan və Van İ arasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərin bütün aspektləri, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.