Çinlə ticarət əlaqələrimizin məhdudlaşması daha çox hansı bazar seqmentlərində özünü göstərə bilər?

Çindən idxalımız Rusiya və Türkiyədən sonra 3-cü yerdədir. Ümumi idxalın təxminən 10%-i Çindən daxil olur.


Amma bazarın real tələbatını idxalın dəyərilə ölçmək aldadıcı ola bilər. Çnki ucuz idxal natural ifadədə bazarda daha həlledici payla təmsil olunur. Məsələn, ola bilər biz Türkiyə və Çindən eyin dəyərdə toxuculuq və geyim malları alaq. Amma eyni mallar Çindən 50% ucuz gəlirsə, bu halda onun bazarın tələbatının ödənməsində xüsusi çəkisi Türkiyədən 50% çox olacaq.


Banker.az İqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, dəyər ifadəsində Azərbaycanın Çindən idxalının mal qruları üzrə bölgüsü belədir:

Ərzaq və tütün – 0.9%
Oduncaq və kağız-karton məmumaltları – 1.8%
Mineral və kimyəvi məhdullar – 3.3%
Gips, keramika və daş məmulatları – 3%
Plastik kütlələr, kauçuk və rezin məmulatlar – 6.2%
Metal və metal məmulatlar – 11%
Toxuculuq və geyim əşyaları, dəri məmulatları – 15%
Maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri – 50%.

Xüsusi çəkilər dəyər göstəriciləri əsasında hesablanıb. Natural göstəricilər əsasında hesablama apraraq bazarlara mümkün təsirləri qiymətləndirmək daha doğru yanaşamadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.