12 C
Baku
Friday, March 29, 2024

Çinlə ABŞ arasında ticarət dövriyyəsi 15% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsinin həcmi illik ifadədə 14,9% azalaraq 447,830 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə Çinin ABŞ-a ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 11,3% azalaraq 347,787 mlrd. dollar, Çinin ABŞ-dan idxalı isə 25,4% azalaraq 100,043 mlrd. dollar olub.

Oktyabrda iki ölkə arasındakı ticarət dövriyyəsi 46,166 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Çinlə ABŞ arasında aparılan ticarət mübadiləsinin həcmi əvvəlki ilə nisbətən 8,5% artaraq 633,520 mlrd. dollara bərabər olub.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər