Çinlə ABŞ arasında ticarətin həcmi yanvar-fevral aylarında 17.4 faiz azalaraq 101.84 milyard dollara enib.
ÇXR Gömrük İdarəsinin məlumatına görə, Çinin Birləşmiş Ştatlara ixracı 21.8 faiz azalaraq 71.57 milyard dollar, Amerika məhsullarının ölkəyə idxalı isə 5 faiz azalaraq 30.27 milyard dollar təşkil edib.
Beləliklə, Çinin ABŞ-la ticarətində müsbət saldo iki ay ərzində 31 faiz enərək 41.3 milyard dollar olub.
2021-ci ildə Çin-Amerika ticarət dövriyyəsi 28.7 faiz artaraq 755.64 milyard dollara, 2022-ci ildə isə 0.6 faiz artaraq 759.4 milyard dollara yüksəlib.