Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Çin ilə ticarət sazişinin çökdüyünü açıqlayıb. Bunu “Reuters” xəbər verir.
“Trampın ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir”-deyə, o bildirib.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb.
Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir.