24 C
Baku
Friday, June 28, 2024

“Çinli Apple”dan “iPhone SE”yə rəqib smartfon gəlir (FOTO)

“Çinli Apple” adlanan “Xiaomi” şirkəti texnologiya nəhəngi olan Apple ilə rəqabət aparmağa davam edir.

“Macdigger.ru” verdiyi xəbərə görə, bu dəfə şirkət iPhone SE smartfonuna rəqib model istehsal edib.

Söhbət 4,3 düymlük ekrana malik telefondan gedir. Modelin texniki xüsusiyyətlərinə gəldikdə isə o, nazik korpusa malikdir.

Smartfon SoC Snapdragon 820-dən ibarətdir. Ekranı 4,3 düymdür və 1280 х 720 ölçüdədir. Telefon 3 GB-lıq yaddaş kartına sahibdir, barmaqla toxunuş sensoru ilə işləyir. Modelin batareyası Quick Charge 3.0 texnologiyasına malik olub 2350 mAh gücündədir.

Məlumata görə, sözügedən smartfon “Xiaomi Mİ5” telefonu ilə demək olar ki eyni texniki xüsusiyyətlərə malikdir. Modelin əsas kamerası 16 meqapikseldir.

Smartfon 2016-cı ilin iyun ayından etbarən satışa çıxarılacaq. Qiyməti isə 1800 yuan, yəni 19min rubl olacaq.

©Technews.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər