Real Capital Analytics-in verdiyi məlumata görə, Çindən gələn sığortaçılar, konglomeratlar və digər böyük sərmayəçilər, üçüncü rübdə Amerikadakı $1.05 milyard dəyərində daşınmaz əmlak sataraq $231 milyon dəyərində daşınmaz əmlak alıblar.
İkinci kvartaldır ki Çin sərmayəçiləri ABŞ-da daşınmaz əmlakın satıcısı oldu. İkinci rübdə baş verən bu hal, 2008-ci ildən bəri ilk dəfə idi ki təkrarlandı – sərmayəçilərin satdıqları daşınmaz əmlakın dəyəri, aldıqları daşınmaz əmlakın dəyərindən daha çox olub.
Son beş il ərzində çinli sərmayəçilər Nyu-York, Los-Anceles, San-Fransisko və Çikaqonu üstün tutaraq, ABŞ-da daşınmaz əmlak və torpaq almaqla $10 milyard sərf ediblər.
Bəzən çinli alıcılar səhmləri almaq üçün həddindən artıq yüksək qiymət təklif edirlər. Belə ki, 2015-ci ildə Anbang Insurance Group-u, Nyu-Yorkdakı Waldorf Astoria-nı almaq üçün qarşı tərəfə $1,95 təklif edib.
Vesti.Ekonomika-nın verdiyi məlumatına əsasən, Çinin 2008-ci ildə ÜDM-un 162% -ına bərabər olan borcu, 2016-cı ildə artıq $22 trilyon çox artımla ÜDM-un 259% -ına çatdı. Bu, əsasən, genişmiqyaslı korporativ borcların alınması ilə əlaqəli olmuşdur. Kommunist Partiyasının oktyabr ayındakı XIX qurultayından sonra, Çin maliyyə sistemindəki risklərlə mübarizə tədbirlərini gücləndirdirməyə başladı. Eyni zamanda, banklar və digər maliyyə vasitəçilərin balansdan kənar kreditləşməsinin məhdudlaşdırılması üçün yeni qaydalar tətbiq edib.
Ötən il Çin hökuməti aktiv şəkildə səhmlər əldə edən HNA Group-u, Anbang Insurance Group-u və Dalian Wanda Group-u da daxil olmaqla bir sıra özəl konglomeratların fəaliyyətini məhdudlaşdırmağa başlyıb.
Pekin, daşınmaz əmlak, qumar və əyləncə kimi sahələrdə “qeyri-səmərəli” alışlara qarşı çıxaraq xarici sərmayə üçün yeni qaydalar tətbiq etdi. Nəticədə, çinli sərmayəçilər öz alış-verişini kəsməyə və xarici aktivləri satmağa başladılar.
ABŞ və Çin arasında ticarət münaqişəsi əlavə satışlara gətirib çıxardı. Keçən həftə sonu iki ölkə liderinin görüşündə ticarət münaqişəsinin həllinə dair razılaşmaya nail olunub.