Azərbaycanda yeni Çin kapitallı şirkət təsis edilib.
Banker.az xəbər verir ki, bu, “Gold Bridge Motors” MMC-dir.
Şirkət Bakı şəhəri Xətai rayonu, Babək pr. ev.203 ünvanında 50 000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
Azərbaycandakı şirkətin direktoru Çin Xalq Respublikası vətəndaşı Dzoyu Konqdur ( Zhouyu Kong).
Qeyd edək ki, Çindəki “Gold Bridge Motors” (Zhejiang Jinzhi Import and Export Trading Co..LTD) sahibkarlıq komandası öz-özünə idarə olunan ixrac, agentliklə ixrac, avtomobil təmiri və avtomobil hissələrinin ixracı üzrə ixtisaslaşıb, əsas xidmət sahəsi kimi isə işlənmiş nəqliyyat vasitələrinin satışı ilə məşğuldur.