57 yaşlı çinli milyarder Li Çzinyuan şirkətinin 6400 əməkdaşını öz hesabına Parisə və Cote d’Azur-a tətilə aparmışdır. Britaniyanın The Daily Mail qəzetinin verdiyi məlumata görə, bu onun Çində fəaliyyət göstərən şirkətlərində işləyən işçilərin yarı faizindən çoxdur.
Parisdə iri miqyaslı turist qəbulu üçün 140 oteldə otaqlar bron edilmiş, Luvr muzeyi isə 1 günlük digər insanların ziyarəti üçün bağlanmışdır. Bundan əlavə, Cote d’Azur-da 79 dörd ulduzlu, Kann və Monakoda isə 5 ulduzlu otellər bron edilmişdir.
Onun turist “komandası” tarix boyu Fransanı eyni anda ziyarət etmiş ən böyük kütlə olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir.
Fransaya edilən 4 günlük səfər şirkətin yaradılmasının 20 illiyinə hədiyyə edilmişdir. Bu bahalı tətil hdiyyəsinin milyarderə hansı məbləğə başa gəldiyi isə dəqiq olaraq məlum deyil.