6 C
Baku
Sunday, December 15, 2024

Çinli şirkət ilk dəfə dünyanın ən bahalı şirkətlərinin TOP-10-na daxil oldu

Çinin texnika nəhəngi olan Tencent şirkəti Amerikanın Wells Fargo şirkətini geridə qoyaraq reytinqdə 10-cu pillənin sahibi olub. Belə ki, şirkətin dəyəri 275 milyard dollara çatıb.

Banker.az saytının verdiyi məlumata görə, bu zamana qədər dünyanın ən bahalı şirkətlərinin TOP-10-luğuna beynəlxalq amerikalı ictimai şirkətlər daxil idi. Bu şirkətlər arasında Alphabet, Amazon, Apple, Berkshire Hathaway, Exxon Mobil, Johnson & Johnson, JPMorgan və Microsoft var.

Lakin Tencent şirkətinin səhmlərinin keçən il ərzində 43, 2017-ci ildə isə 20% artmasından sonra vəziyyət dəyişdi. Düzdür, şirkət Çinin hüdudları kənarında fəal şəkildə fəaliyyət göstərməsə də, ölkədə sosial şəbəkələr arasında liderliyini qoruyub saxlayır.

Qeyd edək ki, Tencent şirkətinə məxsus olan WeChat sosial şəbəkəsi Çinin ən böyük şəbəkəsidir. Hər ay orta hesabla təqribən 889 milyon insan şəbəkədən istifadə edir. Şirkətin gəlirlərini artıran digər amil isə onun online oyunlarıdır.

Tencent şirkətinin mobil ödəniş sistemi də həmçinin investorları cəlb edir. Dekabr ayında orta hesabla 600 milyon çinli WeChat Pay-dən istifadə edib. Nəticədə Tencent şirkəti Alipay və Paypal-u qabaqlayaraq, dünyanın nəhəng online-ödəniş platforması oldu.

Son xəbərlər
Digər xəbərlər