34 C
Baku
Wednesday, August 17, 2022

Çinlilər aktiv həcminə görə dünyanın nəhəng bankları reytinqində dominantlıq edir

S&P Global Intelligence reytinqinin nəticələrinə əsasən, Çin bankları aktiv həcminə görə nəhəng bankların illik reytinqində dominantlıq edir. Onların ardınca isə ABŞ və Avropadan olan kreditorlar gəlir. Ümumilikdə reytinqə Asiya, Şimali Amerika və Avropada 1 trilyon dollardan çox aktiv həcminə malik olan bütün dünya üzrə 23 bank daxildir.

Banker.az saytı xəbər verir ki, reytinqin ilk dörd pilləsində Çin bankları qərarlaşıb. Bunlar Industrial & Commercial Bank of China (aktiv həcmi 3,47 trilyon dollar), China Construction Bank (3,02 trilyon dollar), Agricultural Bank of China (2,82 trilyon dollar), Bank of China (2,6 trilyon dollar) banklarıdır.

Beşinci pillədə Yaponiyanın Mitsubishi UFJ Financial (2,59 trilyon dollar) bankı qərarlaşıb. Reytinqdə yer alan ilk amerikalı bankı ümumi 2,49 trilyon dollar aktiv həcmi ilə JPMorgan Chase-dir və o 6-cı pillənin sahibidir.

Avropalı banklar isə Brexit fonunda əhəmiyyətli dərəcədə geriləyib. Britaniyalı banklardan biri olan HSBC 2,37 trilyon dollar həcmində göstərici ilə 7-ci pillədədir. Onun ardınca Fransanın NBP Paribas (8-ci pillə, 2,19 trilyon), Amerikanın Bank of America (9-cu pillə, 2,19 trilyon) və Wells Fargo (10-cu pillə, 1,93 trilyon) bankları, fransız Credit Agricole (11-ci pillə, 1,82 trilyon dollar), yapon Japan Post Bank (12-ci yer, 1,8 trilyon), amerikalı Citigroup (13-cü, 1,79 trilyon), yapon Mizuho Financial Group (14-cü yer, 1,75 trilyon) və alman Deutsche Bank (15-ci yer, 1,68 trilyon dollar) bankları gəlir.

Reytinqin son 23-cü pilləsini isə Britaniyanın Lloyds Banking Group (1,01 trilyon dollar) tamamlayır.

Son xəbərlər
Oxşar xəbərlər