34 C
Baku
Wednesday, August 17, 2022

Çinlilərdən müdriklik fəlsəfəsi

Min illik təcrübəyə sahib olan bir xalq pis məsləhət verə bilməz. Çin mədəniyyəti bizlərin hər birinə nələrisə öyrədə biləcək cəhətlərlə zəngindir. Aşağıda bu qədim xalqın ən ilhamlandırıcı sitatlarını təqdim edirik:

  • Ən uzaq məsafələrə gedən yol 1 addımdan başlayır.
  • Həyatda qarşılaşmalı olan insanlar zaman və şərtlərdən asılı olmayaraq görünməz bağla bir-birilərinə bağlıdırlar. Bu bağ uzaqlaşa və yaxınlaşa bilər, lakin heç vaxt qırılmaz.
  • Çatışmayan cəhətlərini dilə gətirən heç də həmişə sənin düşmənin deyil; nailiyyətlərindən danışan heç də həmişə sənin dostun deyil.
  • Artıq təslim olmaq hissini yaşayırsansa, demək qələbə yaxınsan.
  • Həyatın hiyləgərliyi – gənc, lakin eyni zamanda mümkün qədər gec ölməkdir.
  • Bütün itirilən şeyləri geri qaytarmaq mümkündür, zamandan başqa…
  • Yavaşlamaqdan qorxma, dayanmaqdan qorx.
  • Deyəcəyin söz sakitliyi yaxşılığa doğru dəyişməyəcəksə – sus!
  • Güclü maneələri, müdrik isə bütün yolu qət edər.
  • Axmağın sevinci də axmaq olar.
  • İlişib yıxılmağın doğru istiqamətdə olmadığın demək deyil.
  • Daim baş verənlərin ən parlaq cəhətini gör. Yox əgər, parlaq cəhət yoxdursa parlayana qədər çalış.
  • Hər nə baş verirsə, baş verməli olduğu zamanında baş verir.
  • Hansı istiqamətə üzəcəyini bilməyənin yelkəninə külək kömək etməz.
  • Müəllimlər yalnız qapını açar, irəli özünüz gedərsiniz.
  • Külək nə qədər sərt əssə də, dağ ona baş əyməz.
  • Sən dedin – mən inandım, sən təkrar etdin – mən şübhə etdim, sən təkid etməyə başladın – mən sənin yalan danışdığını anladım.

Son xəbərlər
Oxşar xəbərlər