23 C
Baku
Thursday, April 25, 2024

Çinlilər Azərbaycanda təkər zavodu açacaqlar

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Çinin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Banker.az-a bildiriblər.

CNEEC-in vitse-prezidenti Cen Çencun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub. Cen Çencun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və CNEEC şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər