13 C
Baku
Saturday, November 23, 2024

Çinlinin 30 min yuanını külək apardı

South China Morning Post-un verdiyi məlumata görə, Çinin Yançen şəhərində qəfil əsən külək bir çinlinin banka gətirdiyi pulları havaya sovurub.

Yang Jiawang adlı bir çinli 30 min yuan həcmində məbləği banka gətirir. O öz elektromotosikletini park etməyə çalışarkən külək əsir və nəzarətsiz qoyulan pulları səki boyunca səpələyir.

Jiawang çığırtısı ətrafdan keçən şəxslərin və bank əməkdaşlarının diqqətini cəlb edir. Yağışın da yağmasına baxmayaraq, onlar küləyin sovurduğu pulları toplaya bilir. Pulları saydıqdan sonra məlum olur ki, 1 banknot belə olsun itkin düşməyib.

2015-ci ildə verilən məlumata görə, Çzyansu əyalətindən olan bir ailə zirzəmidə bir neçə il ərində gizlətdikləri 100 min yuanı onların nəmişlik səbəbindən sıradan çıxması səbəbindən itirirlər.

 

Son xəbərlər
Digər xəbərlər