0 C
Baku
Thursday, February 5, 2026

Çip istehsalçısı “Positron” $230 milyon cəlb edib və $1 milyard dəyərlə “unicorn”a çevrilib

Çip istehsalı ilə məşğul olan “Positron” şirkəti $230 milyon investisiya cəlb edib və dəyərini $1 milyarddan yuxarı səviyyəyə çatdırıb, bu barədə “Bloomberg” yazır. Maliyyələşdirmə raundunda Qətərin suveren rifah fondu “Qatar Investment Authority” (QIA) da iştirak edib. “TechCrunch”ın qeyd etdiyinə görə, cəlb olunan vəsait şirkətin yaddaş çiplərinin bazara çıxarılmasını sürətləndirməyə yönəldiləcək.

“Positron” bildirir ki, onun ilk nəsil “Atlas” çipi daha az enerji sərfiyyatı ilə “Nvidia H100″ səviyyəsində performans göstərə bilir. Şirkətin yarımkeçiriciləri süni intellekt modellərinin “inference” mərhələsi, yəni real istifadə zamanı tələb olunan hesablamalar üçün nəzərdə tutulub, təlim (training) üçün yox.

Nəşrin vurğuladığına görə, bu, “Positron”u artan tələbat fonunda “əlverişli mövqeyə” çıxarır. Çünki şirkətlər getdikcə böyük dil modellərini yaratmaq və öyrətməkdən daha çox, onları geniş miqyasda tətbiq etməyə fokuslanırlar.

Bundan əlavə, bəzi AI şirkətləri bazar lideri olan “Nvidia” məhsullarından asılılığı azaltmağa çalışırlar. “Reuters” daha əvvəl yazmışdı ki, “OpenAI” bəzi sorğuların emalı zamanı “Nvidia” avadanlığının istifadəçilərə cavab vermə sürətindən narazıdır.

Son xəbərlər
Digər xəbərlər