27 C
Baku
Thursday, June 19, 2025

Çip istehsalçısı “Texas Instruments” ABŞ-yə $60 milyard sərmayə qoyur

Amerikanın yarımkeçirici şirkəti “Texas Instruments” (TI) iyunun 18-də ABŞ-yə 60 milyard dollardan çox sərmayə qoyacağını açıqlayıb. Xüsusilə şirkət Texas və Yuta ştatlarında yeddi yarımkeçirici istehsal edən zavod tikməyi planlaşdırır. Ümumilikdə bu, 60 min yeni iş yeri yaratmalıdır.

TI bunu ABŞ tarixində təməl yarımkeçiricilərə ən böyük sərmayə adlandırıb və “Apple”, “Nvidia” və “SpaceX” kimi şirkətlərlə tərəfdaşlıqlarını genişləndirdiyini söyləyib.

Ən müasir süni intellekt çipləri istehsal edən “Nvidia” kimi bəzi digər şirkətlərdən fərqli olaraq, TI əsas yarımkeçiricilərin istehsalında ixtisaslaşıb. Bunlar smartfonlardan tutmuş avtomobillərə və tibbi avadanlıqlara qədər cihazlarda istifadə olunan daha az mürəkkəb və təkmil çiplərdir.

Daha əvvəl “Apple”, “Qualcomm”, “General Motors” və IBM da çox milyard dollarlıq sərmayələr elan etmişdilər. İyunun əvvəlində ABŞ-nin ən böyük çip istehsalçısı “GlobalFoundries” ölkəyə 16 milyard dollar sərmayə qoymağı planlaşdırdığını deyib. Ötən həftə “Micron” ABŞ-yə 30 milyard dollar sərmayə qoymaq niyyətini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər