Kartof çipsləri ilk dəfə 24 avqust 1853-cü ildə peyda olub və o andan etibarən bir çox insanların tələbat duyduğu məhsula çevrilib. Çipslərin yaranması isə təsadüfən baş verib. Dəmir yolu maqnatı isə Kornelius Vanderbilt öz müəssisələrinə yoxlama səfərinə çıxır və Saratoqa-Springs şəhərciyində yerli mehmanxana restoranlarından birində nahar etmək üçün dayanmalı olur. Bu zaman Kornelius ona təklif edilən qızarmış kartofu bəyənmir. Çünki kartof qalın doğranmış və yaxşı qızardılmamışdı.
Qaradərili aşpaz Kram isə yaxşı yumor hissinə sahib idi və Korneliusun iradlarına cavab olaraq kartofu çox nazik şəkildə doğrayır və xırçıldayan vəziyyətə gələnə qədər qızardır.
Hazırladığı bu incə “kartof qızartmasını” isə maqnata təqdim edir.
Nə qədər təəccüblü olsa da, bu yeni dad Vanderbiltin çox xoşuna gəlir və hər gün aşpaz Kramın yanına gələrək yüni formada qızardılmış kartofun dadına baxır. Şəhərcikdən gedən maqnat bütün səyahəti boyu aşpazlardan eyni formada bu kartof qızartmasını hazırlamalarını tələb edir. Tezliklə bütün elit süfrələrdə xırçıldayan kartof əvəzedilməz atributa çevrilməyə başlayır. Çünki bu zaman yağ çox baha idi və bu ləziz nemətdən ancaq varlılar dada bilirdi.
Sadə insanlar isə bu qızardılmış kartofdan yalnızca 1890-cı ildə dada bilir. Bu zaman Uilyam Teppenden öz yeməkxana-furqonunda Klivlend resepti üzrə kartof qızartmağa başlayır. Bu yeni qida bir çoxlarının rəğbətini qazanır və Teppenden öz biznesini genişləndirərək qızardılmış kartof satan daha bir neçə satış nöqtəsi açır. Bu zaman çipslər kağız qablaşdırmalarda satılırdı.
1926-cı ildə çipslər bükülmüş kağız qablaşdırmalarda satılmağa başlayır. Bu istehsalatın və satışların bölünməsinə səbəb olmuşdu. Zamanla çipslərin populyarlığı o qədər artır ki, Amerikada yeni reseptlərin yaradılması və hazırlanmasına dair texnologiyaların yaradılması üçün institut yaradılır.