20 C
Baku
Sunday, October 13, 2024

“Çıraq Palace”da nöqsanlar aşkarlandı

3 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 1, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 “Elmar” market Sumqayıt şəhəri, 18-ci mkr, Niyazi küçəsi 161M 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilindi markalanması olmayan məhsulların satışı
2 “Nərmin” market Nizami rayonu, Q.Qarayev prospekti, ev 25, m. 6 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3 “Maxi” market Gəncə şəhəri, Ə.Ü.Gəncəvi və S.Rəhimov küçələrinin kəsişməsi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
İctimai iaşə müəssisələri
4 “Çıraq Palace” şadlıq evi Binəqədi rayonu, S.S.Axundov küçəsi,

ev 20A

1.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
Son xəbərlər
Digər xəbərlər