10 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Sünbül” market | Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 136A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
2 | “Ucuz” market | Abşeron rayonu, Saray ştq, V.Axundov küçəsi | 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 4.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 5.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
3 | “Bolmart” market | Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 | “Rahat” market | Abşeron rayonu, Mehdiabad qəs., Əzizbəyov küç., ev 1C | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 | Əzizov Fuad Elşən oğluna məxsus mağaza | Lənkəran rayonu, Koroğlu küçəsi | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 | “Sərxan” market | Şəmkir şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 | “Səməd” market | Xaçmaz rayonu, Qobuqıraq kəndi | Azərbaycan dilində markalanması olmayan malların satışı |
8 | “Goldmart” mağazası | Zaqatala şəhəri, F.Əmirov küçəsi, 17A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
9 | “Tovuz Manqal” kafesi | Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
10 | “Çıraq Plaza” hotelində restoran | Yasamal rayonu, Tbilisi prospekti, ev 49C | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Xəngəlove” kafesi | Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 90D | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
12 | “Balkonda” kafesi | Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 135A | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | “Qızılgül” kafesi | Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 98 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
14 | “Kəhriz” kafesi | Goranboy rayonu, Səfikürd kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Taksim Corner” restoranı | Lənkəran şəhəri, H.Aslanov küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |