11 C
Baku
Tuesday, December 9, 2025

“Circle”, “Tether” və “Binance” Əbu-Dabidə lisenziya alıb

“Circle”, “Tether” və “Binance” şirkətləri BƏƏ-də özünəməxsus hüquqi sistemlə tənzimlənən “Abu Dhabi Global Market” (ADGM) beynəlxalq maliyyə zonasından lisenziyalar aldıqlarını açıqlayıblar.

USDC steyblkoinini buraxan “Circle” maliyyə xidmətləri göstərmək üçün icazə alıb və regionda blokçeyn əsaslı ödəniş və hesablaşma infrastrukturunu inkişaf etdirməyi planlaşdırır.

“Tether” bildirib ki, onun USDT steyblkoini ADGM-də fiat valyutaya bağlı token kimi tanınıb. Lisenziya almış şirkətlər artıq “Aptos”, “Cosmos”, TON, TRON və digər blokçeynlər üzərində USDT ilə əməliyyatlar apara biləcəklər.

“Binance” isə öz qlobal platforması üçün tam icazə aldığını təsdiqləyib. Bu icazə şirkətə həm birja, həm klirinq mərkəzi, həm də broker şirkəti kimi fəaliyyət göstərməyə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər