10 C
Baku
Wednesday, December 11, 2024

“Cirque du Soleil” biznesini kreditorlara sataraq özünü iflasdan xilas edib

“Cirque du Soleil Entertainment Group”un kreditorları şirkətin aktivlərini alıb onu nəzarətə götürüblər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Beləliklə, “Cirque du Soleil”in yeni sahibləri “Catalyst Capital Group”, “Soundpoint Capital”, “CBAM Partners” və “Benefit Street Partners”dir. Onların payları və müqavilənin şərtləri hələ açıqlanmayıb.

Bildirildiyi kimi, şirkətin idarə heyətinin həmsədrləri “MGM Resorts”un baş direktoru Jim Murren və “Catalyst Capital Group”un əməkdaşı Gabriel de Alba olacaq.

“Cirque du Soleil”in prezienti və icraçı direktoru olaraq Daniel Lamar qalacaq. O, direktorlar şurasında da daxil olacaq. Kanadanın Monreal şəhərindəki beynəlxalq qərargahın yeri dəyişməyəcək.

Xatırladaq ki, iyun ayının sonunda dünyanın ən böyük sirkiolan “Cirque du Soleil” Covid-19 pandemiyası səbəbindən iflasdan qorunma iddiasını qaldırmışdır. Şirkət həmçinin 4 min işçidən 3480 nəfəri ixtisar etməli olub. Bu ilin avqust ayında isə “Cirque du Soleil” üzərindəki nəzarət onun kreditorların əllərinə keçib. İnvestorlar şirkətə 900 milyon dollar borcu bağışlamağı və əlavə 375 milyon dollar sərmayə qoymağı vəd ediblər.

Son xəbərlər
Digər xəbərlər