14 C
Baku
Saturday, November 16, 2024

“Citgo” ilə PDVSA arasındakı əlaqələr fevralın 26-da bitib

Venesuelanın dövlət neft şirkəti PDVSA-nın Amerika törəməsi ana şirkətlə əlaqələrini kəsib.

 “Citgo” ABŞ sanksiyalarının şərtlərini yerinə yetirmək üçün belə addım atıb.

“Citgo Petroleum Corp.” ilə Venesuela dövlət neft şirkəti arasındakı əlaqələr fevralın 26-da tam bitməli idi. Bu son tarixi “Citgo” rəhbərliyi özü müəyyən etmişdi.

“Reuters”in məlumatına görə, şirkət sanksiyalardan yayınmaq üçün həmçinin ana şirkətə ödənişlərin həyata keçirilməsini, onun korporativ xidmətlərə abunəliyini, elektron poçtla göndərmələri dayandırıb. “Citgo”nun saytında marketinq materiallarında PDVSA-nın xatırlanması minimum dərəcəyə endirilib.

Bundan əlavə, mənbələrin məlumatına görə, PDVSA-nın törəmə şirkəti olan “PDVSA Services” bağlanıb. O, Venesuela şirkəti üçün satınalmalarda agent olaraq çıxış edib və “Citgo”nun Hyustondakı mənzil-qərargahında fəaliyyət göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər