“Citigroup” analitikləri qızıl və gümüş üzrə qısamüddətli proqnozlarını yeniləyiblər. Buna artan geosiyasi risklər, fiziki metal çatışmazlığı və ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda qərar verilib.
Yaxın üç ay üçün qızıl üzrə proqnoz 4 200 dollardan 5 000 dollara, gümüş üzrə isə unsiya üçün 62 dollardan 100 dollara qaldırılıb.
Xüsusilə, gümüş və platin qrupuna aid metalların çatışmazlığı Ağ Evin tariflərlə bağlı qərarı təxirə salması ehtimalı səbəbindən qısamüddətli perspektivdə bir qədər də arta bilər. Lakin bankın ekspertləri gələcəkdə Venesuela, İran və Ukrayna ətrafında geosiyasi risklərin azalacağını gözlədiklərinə görə, qızıl və gümüş üzrə 6–12 aylıq proqnozlarını unsiya üçün müvafiq olaraq 4 000 və 70 dollar səviyyəsində müəyyən ediblər.







