5 C
Baku
Saturday, December 14, 2024

Citibank analitikləri: neft 70 dollara qədər bahalaşacaq

Banker.az saytının verdiyi məlumata görə, Citibank analitikləri tələb və təklif arasında tarazlığa nail olunduğu halda 2017-ci ilin sonuna qədər neft qiymətlərinin 1 barrel üşün 70 dollara qədər bahalaşacağını proqnozlaşdırır.

Rambler News Service isə qeyd edib ki, bununla belə, gələcək aylar ərzində neft qiymətləri 1 barrel üçün 53-58 dollar çərçivəsindən çıxmayacaq.

Analitiklər qısa müddətlik perspektivdə ilin ilk rübündə 1 barrel üçün orta səviyyəli neft qiymətinin 55, ikinci rübdə isə 56 dollar olacağını gözləyir. Bundan daha əvvəlki proqnozlar yuxarıda qeyd edilən rüb ardıcıllığına uyğun olmaqla 1 barrel üçün 50 və 54 dollar şəklində idi.

Son xəbərlər
Digər xəbərlər