21 C
Baku
Wednesday, May 1, 2024

Citibank (Şəhər Bank)

Citibank (Şəhər Bank) Citigroup-un istehlakçılara bank xidməti göstərən ən iri beynəlxalq bankıdır. Citibank 1812-ci ildə Nyu-Yorkda City Bank kimi açılmış, daha sonra isə Nyu-Yorkun Birinci milli şəhər bankı kimi fəaliyyət göstərmişdir. 1976-cı ildə baş direktor – Uolter B.Ristonun rəhbərliyi altında Birinci milli şəhər bankının (eləcə də onun holdinq şirkəti olan Birinci milli şəhər korporasiyası) adı Citibank-a dəyişdirilmişdir (uyğun olaraq, Citigroup). 

Bununla yanaşı bank özünün xüsusi “bank holdinqini” yaratdı və Citicorp-un qız şirkətlərindən birinə çevrildi (bankın bütün səhmdarları bankın yeganə sahibinə çevrilən yeni korporasiyanın səhmdarları oldular). 2010-cu ilin mart ayının göstəricilərinə görə, Citigroup aktivlərin həcminə görə ABŞ-ın Amerika Bankı və JP Morgan Chase-dən sonra üçüncü ən böyük bank holdinq şirkətidir.

Citibank dünyanın 100-dən çox ölkəsində bank əməliyyatları aparır. 1400 ofisin yarıdan çoxu ABŞ-da əsasən Nyu-York, Los-Anceles, San-Fransisko, Vaşinqton və Mayamidə yerləşir. Yaxınlarda, Citibank öz fəaliyyətini Boston, Filadelfiya, Hyuston, Dallas və digər iri şəhərlərdə genişləndirdi.

Standart bank əməliyyatlarına əlavə olaraq, Citibank sığorta, kredit kartları və investisiya məhsulları təqdim edir. Substandart ipoteka aktivlərinin dəyərində baş vermiş itkilər nəticəsində yaranmış 2008-2009-cu illərdəki maliyyə böhranında Citibank ABŞ hökuməti tərəfindən xilas edildi. 23 noyabr 2008-ci ildə 25 milyardlıq ilkin yardıma əlavə olaraq, 306 mlrd dollar məbləğində riskli aktivlərə təzminatla birgə korporasiyaya 25 mlrd dollar investisiya edilmişdir. Bu andan etibarən, Citibank hökumət kreditlərini bütünlüklə ödədi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər