Bloomberg agentliyinin verdiyi məlumata əsasən, Citigroup xarici menecerin nəzarəti altında olan səhmlərdəki 1 milyard dollar dəyərində olan payını satmağı nəzərdən keçirir.
Bu investisiyalar likvid hesab olunmur, buna görə də bank onlardan imtina etdiyi halda bu yeni normativ tələblərdə tarazlıq gətirəcək. Bu tələblər də öz növbəsində banklar tərəfindən risklərin qəbul edilməsi hallarını məhdudlaşdırır.
Əvvəllər bu səhmlər özəl idarəetmə şirkəti olan Citi Venture Capital International da yerləşirdi.
Qeyd edək ki, qəbul edilmiş “Volker qaydası”na görə banklar öz investisiya portfelini yenidən nəzərdən keçirməlidirlər. Belə ki, indi ABŞ-ın maliyyə institutları ticari fəaliyyətlərində sərt məhdudiyyətlər ilə üzləşiblər.