18 C
Baku
Monday, April 29, 2024

“Citigroup” 20 min işçini ixtisar edəcək

Amerikanın maliyyə korporasiyası “Citigroup” yaxın iki il ərzində 20 min əməkdaşını ixtisar etmək niyyətindədir. “Reuters” yazır ki, bu barədə jurnalistlərə korporasiyanın maliyyə direktoru Mark Meyson bildirib. İxtisarlar 2023-cü ilin sentyabrında elan edilən və korporasiyaya xərcləri 2-2.5 milyard dollar azaltmağa imkan verən genişmiqyaslı restrukturizasiyanın bir hissəsi kimi həyata keçiriləcək.

Hazırda “Citigroup”da dünya üzrə 200 minə yaxın işçi çalışır. Şirkətin son rübdə itkiləri 1.8 milyard dollar təşkil edib ki, bu da bir sıra amillər, o cümlədən restrukturizasiya, Rusiyadakı biznesinin dayandırılması və Argentina pesosunun devalvasiyası səbəbindən 3.8 milyard dolların silinməsi nəticəsində baş verib. Rübdə mənfəət illik müqayisədə 20%-dən çox azalaraq 1.5 milyard dollara düşüb, illik mənfəət isə 38% azalaraq 92 milyard dollar təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər