12 C
Baku
Wednesday, March 12, 2025

“Citigroup” ABŞ səhmlərinin reytinqini “neytral” səviyyəyə endirib

“Citigroup” analitikləri ABŞ səhmlərinin reytinqini “bazardan yüksək” səviyyədən “neytral” səviyyəyə endiriblər. Bank strateqlərinin fikrincə, “ABŞ-nin müstəsnalığı” strategiyası növbəti bir neçə ay ərzində arxa plana keçəcək. Qeyd edək ki, “neytral” mövqe üç aydan altı aya qədər olan dövr üçün nəzərdə tutulub.

“HSBC Holdings”in analitikləri də Amerika səhmlərinin reytinqini “neytral” səviyyəyə endiriblər. Onlar digər regionlarda “daha ​​cəlbedici imkanlar”ın olduğunu qeyd ediblər. Eyni mövqeyi “Ned Davis Research”in strateqləri çıxış ediblər.

Xatırladaq ki, ABŞ fond indeksləri ilin əvvəlindən bəri ən pis çöküş yaşayır – S&P 500 indeksi martın 10-da 2.7% azalıb. Amerika bazarındakı mənfi dinamikaya ABŞ prezidenti Donald Trampın idxal rüsumları ilə bağlı davam edən qeyri-müəyyənlik səbəb olub.

“Fox News” telekanalına müsahibəsində Tramp Çin, Meksika və Kanadaya tətbiq edilən tariflərə görə ABŞ-nin tənəzzül riskini istisna etmədiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər