14 C
Baku
Friday, November 8, 2024

“Citigroup” Avropanın ən məşhur treyderlərdən birini yemək oğurluğuna görə işdən uzaqlaşdırdı

“Citigroup” investisiya bankı Avropanın ən məşhur treyderlərdən birini korporativ yeməkxanadan yemək oğurluğuna görə işdən uzaqlaşdırıb.

Banker.az xəbər verir ki, bu haqda “Financial Times” məlumat verib.

Qəzetin yazdığına görə, Paras Şah London ofisində Avropa, Yaxın Şərq və Afrika bazarlarında yüksək gəlirli istiqrazlar ticarətinə rəhbərlik edib. “FT” 31 yaşlı Şahı Avropanın ən məşhur treyderlərdən biri adlandırır.  O, “Citi” yə 2017-ci ildə gəlmişdir, bundan əvvəl isə yeddi il İngiltərənin “HSBC” bankında işləyib. Şah uğurlu və hörmətli treyderlərdən biri idi.

Paras Şah və bank bu məsələyə şərh bildirməkdən imtina ediblər.

“FT” qeyd edir ki, keçmişdə Böyük Britaniyanın maliyyə qurumları və tənzimləyiciləri qanunsuzluq və oğurluqda şübhəli bilinən idarəçilərə qarşı sərt intizam sanksiyaları tətbiq ediblər. 2016-cı ildə Yaponiyanın “Mizuho” bankı işçilərdən birini velosipedin detallarını (beş funt sterlinq dəyərində) oğurladığı üçün işdən azad etmişdir. 2014-cü ildə isə “BlackRock” un baş direktoru Conatan Berrouzun dəfələrlə biletsiz səyahət etdiyi üzə çıxıb. İngiltərənin Maliyyə Tənzimləməsi və Nəzarəti İdarəsi (FCA) onun maliyyə şirkətlərində rəhbər vəzifələrini tutmağı qadağan etdi. Nəticədə Berrouz məsələni həll etmək üçün 43 min funt sterlinq ödəməli olub.

Son xəbərlər
Digər xəbərlər