Bank bir neçə ssenarini təsvir edib. Onlardan biri qiymətlərin bir barel üçün $120-yə qədər artmasını nəzərdə tutur.
“Citigroup” bankının analitikləri ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının enerji bazarlarını iflic etmək riski yaratdığını əsas gətirərək, “Brent” markalı neft üzrə qısamüddətli proqnozu $15 artıraraq $85-ə qaldırıblar. Yaxın bir həftə ərzində “Brent”in qiymətinin enerji infrastrukturuna risklərin və Hörmüz boğazı vasitəsilə daşınmalarda mümkün “pozuntuların” davam etməsi fonunda $80–90 diapazonunda dəyişəcəyi gözlənilir.
“Citi West Texas Intermediate” (WTI) markalı neft üzrə proqnozunu da yüksəldib; bu marka adətən “Brent”dən təxminən $3 ucuz olur.
Bank analitiklərinin fikrincə, əsas ssenari belədir: ya İran rəhbərliyi dəyişəcək, ya rejim elə şəkildə transformasiya olunacaq ki, müharibə 1–2 həftə ərzində dayanacaq, yaxud da ABŞ rəhbərlik dəyişikliyini görərək eskalasiyanı azaldacaq və bu da İranın raket və nüvə proqramının dayandırılmasına gətirib çıxaracaq.
Bank bir neçə alternativ ssenarini də nəzərdən keçirir. Onlardan biri qlobal bazarda neft təklifinin gündəlik 5 milyon barel azalmasını ehtiva edir. Bu halda qiymətlər təxminən $120-yə qədər yüksələ bilər.
Belə ssenarinin reallaşması üçün Fars körfəzi regionunda neft infrastrukturu ciddi zərər görməli, Hörmüz boğazı vasitəsilə tranzitdə problemlər qalmalı və münaqişə intensivliyi azalsa belə, uzunmüddətli mərhələyə keçərək hasilat və tədarükün vaxtaşırı pozulmasına səbəb olmalıdır.
“Citi” həmçinin deeskalasiya halında qiymətlərin təxminən $70-ə qədər enəcəyini proqnozlaşdırır. Bununla belə, müəyyən risk mükafatı qalacaq və qiymətlər 2026-cı ilin ikinci yarısında bir barel üçün $62 səviyyəsinə qayıdacaq.
Bankın yenilənmiş “Brent” proqnozu:
-
2026-cı ilin I rübü — $73,
-
2026-cı ilin II rübü — $70,
-
2026-cı ilin ikinci yarısı — $62.






