Amerikanın maliyyə holdinqi “Citigroup” müştərilərinin 80 milyard dollarlıq aktivlərini investisiya şirkəti “BlackRock”un idarəçiliyinə ötürür. Bu barədə şirkətin məlumatlarına istinadən “Bloomberg” yazıb. Təşkilatların ilin sonuna qədər yeni əməkdaşlıq sazişi imzalayacaqları gözlənilir.
Saziş çərçivəsində “BlackRock” bankın ən varlı müştərilərinin aktivlərinin idarə olunmasına görə komissiya alacaq, “Citigroup” isə müştərilərə məsləhət xidməti üçün komissiyanı saxlamaqda davam edəcək.
“Citigroup”un “Bloomberg”ə verdiyi məlumata görə, sövdələşmə çərçivəsində şirkətin öz aktivlərinin idarə olunması üzrə son bölmələri və bəzi portfel menecerləri, o cümlədən Robert Yasminski rəhbərliyindəki komanda “BlackRock”a keçəcək.
Qeyd edək ki, “BlackRock” artıq “Citigroup” müştərilərinin 635 milyard dollarlıq aktivlərini idarə edir.
“Citigroup” ABŞ-nin maliyyə konqlomeratıdır. Şirkət istehlakçılara, korporasiyalara, hökumətlərə və qurumlara müxtəlif maliyyə məhsulları və xidmətləri təqdim edir.