9 C
Baku
Monday, November 18, 2024

“Citigroup” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“Citigroup”un analitiki Ed Mors 2022-ci ilin dördüncü rübünə qədər neftin qiymətinin 20%-dən çox düşəcəyini və orta hesabla bir barrel üçün 65 dollar olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Morsun proqnozu digər ekspertlərin rəyi ilə üst-üstə düşmür. Məsələn, “Morgan Stanley” və “Goldman Sachs” artan tələb fonunda “Brent” markalı neftin qiymətinin üçüncü rübdə bir barrel üçün 100 dollara yüksələcəyini deyirlər.

“Düşünürəm ki, analitiklər icması neft sənayesində baş verənlərə nəzərə salmaqla, kapitalın səmərəliliyini dərk etmədən böyük səhvə yol verir. Onlar bazara kifayət qədər sərmayə qoyulmadığını sanki görmürlər”, – deyə Mors söyləyib.

Amma o hesab edir ki, ekspertlər neft hasilatına qoyulan sərmayənin ümumi həcminə diqqət yetirdikləri üçün təkliflə bağlı yanlış fikirdədirlər. Morsun sözlərinə görə, göstərici neft hasilatının səviyyəsini əks etdirə bilməz. Təhlilçi əmindir ki, şirkətlər son bir neçə il ərzində kəşfiyyat və işlənmə xərclərini yarıdan çox azaldaraq səmərəliliyi artırıblar.

“Citigroup”un proqnozuna əsasən, OPEC ölkələri əvvəllər qəbul edilmiş plana uyğun olaraq hər ay hasilatı sutkada 400 min deyil, 250 min barrel artırsalar belə, bu il neft hasilatının sutkada 5.5 milyon barrel artacağı gözlənilir. Mors hesab edir ki, 2022-ci ildə qlobal neft hasilatı sutkada 102 milyon barreldən çox olacaq. Eyni zamanda o, hazırda sutkada 11.8 milyon barrel neft hasil edən ABŞ şirkətlərinin hasilatı ən azı 800 min barrel artıracağını da gözləyir.

Mütəxəssis ABŞ neft şirkətlərinin gələn il hasilatı sutkada 1 milyon barreldən çox artıraraq 13.9 milyon barrelə çatdıracağını düşünür ki, bu da rekord göstərici olacaq. “Və, əlbəttə ki, bu rəqəmi qalxması variantını da nəzərdən keçirməli olacağıq, çünki şirkətlər düşündüyümüzdən daha çox xərcləyəcək”, – deyə Moris yekunlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər