9 C
Baku
Monday, November 18, 2024

“Citigroup” peyvənd olunmaqdan imtina edən bütün işçilərini işdən çıxarır

ABŞ-ın ən böyük banklarından biri olan “Citigroup” yanvarın 14-dək COVID-19-a qarşı peyvənd olunmayan bütün işçilərini ayın sonuna qədər işdən çıxaracaq.

Qeyd edək ki, bank bu tələbi ilk dəfə oktyabr ayında səsləndirib, ona uyğun olaraq “əmək müqaviləsinin müddətinin uzadılması üçün işçi tam peyvənd olunmalıdır”.

Banker.az xəbər verir ki, gələn həftəyə qədər bu tələbi yerinə yetirməkdən imtina edən işçilər ödənişsiz məzuniyyətə göndəriləcək, yanvarın 31-i isə işdən çıxarılacaq.

Hazırda “Citigroup” işçilərinin 90%-dən çoxu peyvənd olunub və rəqəm yanvarın 31-i yaxınlaşdıqca artır. Ümumilikdə, təşkilatda 220 min işçi çalışır. Mütəxəssislərin fikrincə, “Citigroup” ən aqressiv siyasətlərdən birini seçib.

Onunla rəqabət aparan “JPMorgan Chase” və “Goldman Sachs” belə kəskin qərarlardan çəkinərək işçilərini distant işə keçirməyə üstünlük verib. ABŞ-ın “United Airlines” və “Google” kimi böyük şirkətləri də “peyvənd yoxdursa, iş də yoxdur” siyasətini tətbiq edir. Belə ki, yanvarın 18-dək peyvənd olunmayan bütün işçilərin işdən çıxarılacağı bildirilir.

Son xəbərlər
Digər xəbərlər