ABŞ-ın qlobal maliyyə korporasiyası olan “Citigroup” Rusiyadakı biznesini satmaq üçün danışıqlar aparır, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. Bildirilir ki, müqavilə Böyük Britaniyanın “Rosbank”ın yeni sahibi Vladimir Potaninə qarşı tətbiq etdiyi sanksiyalara görə hələ sual altındadır.
Mayın əvvəlində “Financial Times” xarici bankların Rusiyanı tərk etsələr, 10 milyard dollar itirməyə hazırlaşdıqları barədə məlumat yayıb. Digər məsələrlə yanaşı, “Citigroup”un 3 milyard dollar itirə biləcəyi də deyilib.
Qərb bankları Rusiyanın Ukraynada müharibəyə başlayandan sonra bu ölkədə fəaliyyəti ixtisar etməyə başlayıblar. Martın sonuna kimi “Goldman Sachs”, “JPMorgan Chase”, “Deutsche Bank”, “Commerzbank” və “Credit Agricole” Rusiyadan çıxdıqlarını elan ediblər.