8 C
Baku
Friday, December 13, 2024

“Citigroup” səhvən göndərdiyi vəsaitlərə görə $323 mln. itirdi

Maliyyə konqlomeratı olan “Citigroup” 2020-ci ilin dördüncü rübündə gəlirlərini 323 milyon dollar azaldıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, şirkət bir neçə fonda səhvən göndərdiyi vəsaitlər ilə bağlı məhkəmədə uduzduğuna görə, maliyyə nəticələrini yenidən nəzərdən keçirməli olub.

Xatırladaq ki, 2020-ci ilin avqust ayında “Citigroup” təşkilatı “Revlon” şirkətinin kreditorlarına 8 milyon dollar köçürməli idi. Lakin “əməliyyat səhvi” üzündən fondlara borcun tam həcmini köçürüb.

“Citigroup” kreditorlara səhvən göndərdiyi pulun geri qaytarılmasını tələb etsə də, fondlar bunu etməkdən imtina edib. Maliyyə konqlomeratı məhkəməyə müraciət göndərib, lakin hakim müttəhimlərin tərəfini tutub.

Federal hakim Nyu-York qanunlarına əsasən, fondların səhvən göndərdikləri pulları geri qaytarmaq məcburiyyətində olmadıqlarına qərar verib. “Citigroup” apelyasiya qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin dördüncü rübündə “Citigroup”un ümumi mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə daha az olub – 4.3 milyard dollar. Keçən il bu göstərici 5 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər