16 C
Baku
Thursday, April 25, 2024

“Citroen” yeni flaqman avtomobilini təqdim edib – Foto

Fransanın “Citroen” şirkəti qabaqcıl “C5 X” avtomobil modelini təqdim edib.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə 12 aprel tarixində brendin mətbuat xidməti bildirib.

565

Qeyd edilir ki, bu avtomobil özündə sedan və universal modellərin xüsusiyyətlərini birləşdirir, bununla da orta ölçülü avtomobil seqmentinə yeni rəng qatır.

768

Uzunluğu 4805 mm, eni 1865 mm və hündürlüyü 1485 mm olan yeni “C5 X” avtomobili alman rəqiblərindən daha kiçikdir. Model 545 litr yük həcmi təklif edir, arxa oturacaqlar qatlandıqdan sonra həcm 1640 litrə qədər artırıla bilir.

4fd

221

“C5 X” 225 at gücündə hibrid güc ilə təchiz edilib. Daxili yanma mühərriki söndürüldükdə model 135 km / saata qədər sürətlə hərəkət edə bilir. Avtomobil Avropada 2021-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

1 1

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər