“AGA Group”a daxil olan “City Finance” BOKT MMC-nin Müşahidə Şurasına yeni sədr seçilib.
Banker.az xəbər verir ki, səhmdarların qərarına əsasən, Qurban Nəzərov Kamal oğlu Müşahidə Şurasına üzv seçilib. O, paralel olaraq Audit Komitəsində də üzv kimi təmsil olunacaq.
İndiyədək bu vəzifəni “AGA Group”un törəmə şirkətlərində payçı olan Mohammad Reza Habib Zadeh tuturdu.
Mohammad Reza Habib Zadeh hazırda nizamnamə kapitalı 5 milyon manat olan BOKT-də 27,5 faiz paya malikdir. “AGA Group”un şirkətdəki payı isə 72,5 faiz təşkil edir.
Digər qərara əsasən, Arif Əliyev Mehman oğlu Audit Komitəsi sədrinin müvəqqəti əvəzedicisi kimi təmsil olunacaq.






