12 C
Baku
Monday, November 18, 2024

“City Finance” BOKT ötən ili mənfəətlə başa vurub

“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 93 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 39 min manat zərərlə çıxmışdı.

Ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 116 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 23 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 5,4 milyon manat olub ki, bu da illik müqayisədə 22 dəfə çoxdur. Bunun 5,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 16,5 dəfə böyüyüb.

Hesabat dövründə “City Finance”ın öhdəlikləri 27,4 dəfə artaraq 1,5 milyon manata, balans kapitalı isə 20,6 dəfə artaraq 3,9 milyon manata çatıb.

Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un yeganə təsisçisi “AGA Group”dur.

Son xəbərlər
Digər xəbərlər