-3 C
Baku
Sunday, December 15, 2024

“City Finance” BOKT statistik məlumatları vermədiyi üçün cərimələnir

“City Finance” BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “City Finance” BOKT MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.

İş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Bəxtiyar Məmmədovdur.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “City Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır və qanuni təmsilçisi Tural Əhmədovdur.

Son xəbərlər
Digər xəbərlər