26 C
Baku
Saturday, May 31, 2025

“ClickHouse” $6.35 milyard qiymətləndirmə ilə $350 milyon cəlb edib

Verilənlər bazasının idarəetmə sistemlərinin tərtibatçısı olan “ClickHouse” 6.35 milyard dollar qiymətləndirmə ilə 350 milyon dollar cəlb edib. Bildirilir ki, maliyyə raundunda “Khosla Ventures”, BOND, IVP, “Battery Ventures”, “Bessemer Venture Partners”, “Nebius” və başqaları iştirak edib.

2021-ci ildə startap 2 milyard dollar qiymətləndirmə ilə 250 milyon dollar toplayıb. Startapın özünün verdiyi məlumata görə, bütün dövr ərzində ümumi investisiya həcmi 650 milyon dolları ötüb.

Pul məhsulun inkişafının miqyasını genişləndirmək, beynəlxalq miqyasda inkişaf etmək və “süni intellekt tətbiqlərinin növbəti dalğasını” yaradan müştərilər və texnologiya provayderləri ilə tərəfdaşlıqları genişləndirmək üçün istifadə olunacaq.

2021-ci ildə “Yandex” şirkəti “Benchmark Capital” və “Index Ventures” ilə əməkdaşlıq edərək 50 milyon dollar investisiya ilə “ClickHouse”u yaratdı. “ClickHouse” saytındakı məlumata görə, startap həmin il Delaverdə qeydiyyatdan keçib və 2022-ci ildə Amsterdamda Avropa ofisini açıb. Eyni vaxtda şirkət Rusiya ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.

2024-cü ilin yayında “Yandex N.V.”  biznesini satmaq üçün müqavilə bağlayıb və səhmdarlar qrupundan tamamilə çıxıb. Bundan sonra Hollandiya şirkəti öz adını “Nebius Group” olaraq dəyişib. “Bloomberg”in məlumatına görə, “Nebius” “ClickHouse”un 30%-dən az payına sahibdir.

Qeyd edək ki, “ClickHouse”un 2000-dən çox müştərisi var. Onların arasında “Sony”, “Tesla”, “Anthropic”, “Lyft” və s. yer alır.

Son xəbərlər
Digər xəbərlər