Oman hökuməti “Clubhouse” tətbiqinin istifadəsini qadağan edib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Verilən məlumata görə, rəsmilər bu qadağanı qeydiyyatın olmaması ilə əlaqələndirirlər.
“Clubhouse” tətbiqi blok edilib, eynilə internet vasitəsilə səs və videoəlaqə istifadə edən bütün digər tətbiqlər kimi. Bu, Omanda qeydiyyatın olmaması ilə əlaqəlidir”, – deyə mesajda bildirilir.
Xatırladaq ki, daha əvvəl Omanda şifrli rabitə kanallarından istifadə edərək, internetdə ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş bütün tətbiqlər qadağan edilib. Lakin səlahiyyətlilər koronavirus pandemiyası səbəbindən qanuna dəyişikliklər ediblər, nəticədə dövlət orqanları maneəsiz işləyə biliblər.
“Clubhouse” – istifadəçilərin bir-birilərinə abunə olduqları və tematik otaqlarda söhbətlər apara bildikləri audioşəbəkədir. Layihəyə 2020-ci ilin mart ayında start verilib. Tətbiqi yükləmək üçün mövcud istifadəçinin dəvəti tələb olunur. Müzakirələrdə iştirak etmək məcburi deyil.
Fevral ayında “Clubhouse” auditoriyanın kəskin artması səbəbindən Çində qadağan edilib. Yerli sakinlər bu tətbiqdən hökumətin sərt senzura qaydalarından qaçınmaq üçün istifadə edib. Məsələn, 1989-cu ilin etiraz aksiyalarını müzakirə etmək üçün.